Azərbaycan OPEK-in tədbirinə çağırılmayıb


23:56     24 Fevral 2016 opek.jpg

Azərbaycan OPEK-in üzv ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının mümkün görüşünə hələ dəvət almayıb.


Bunu Azərbayca Energetika Nazirliyindən deyiblər. Bildirilib ki, əgər belə dəvət daxil olsa, Azərbaycan ona baxmağa hazırdır.

Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü martın ortalarında keçirilə bilər.

Açar sözlər:

Oxunub: 1155