Bakıya gələcək 6 min idmançının kimliyi açıqlandı


22:09     04 İyun 2015 1d641997ee8e41ed73b8ab0006d2ef83(1).jpg

İdmançıların ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barədə ətraflı məlumatlar var

Femida.az xəbər verir ki, I Avropa Oyunlarına gələcək 6 min idmançı barəsində ətraflı məlumat Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə yerləşdirilib.
Femida.az-ın baku2015.com-a istinadən məlumatına görə, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.
Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.
Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

Açar sözlər:

Oxunub: 886