Mexikoda Xocalı soyqırımı anıldı - FOTOLAR


14:55     25 Fevral 2016 xoca%20esas.jpg

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən paytaxt Mexiko şəhərində soyqırımı qurbanlarının anım tədbiri keçirilib.


Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirlik tərəfindən Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə keçirilmiş tədbirə Meksikanın tanınmış “UNAM” və “ANAHUAC” və digər universitetlərinin tələbələri, Meksikadakı Azərbaycan icmasının üzvləri, Mexiko ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri qatılıb.

Tədbiri giriş sözü ilə açan səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, insanlıq əleyhinə törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edib.

Həmçinin tədbirdə söz alan səfirliyin 1-ci katibi Tural Rəhimov Xocalıda baş verən hadisələrin Ermənistan Respublikasının işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirdə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və bu məqsədlə tədbirin keçirildiyi Tlakskoake-Xocalı meydanında yerləşən 16-cı əsrə aid tarixi kilsədə kilsə zəngləri çalınıb.

Eləcə də, Azərbaycanla həmrəyliyin nümayişi olaraq üzərində “Xocalıya ədalət” yazılan köynəklər geyinmiş meksikalı tələbələr eyni yazıları əks etdirən hava şarlarını səmaya buraxıblar.

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, toplantı iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1268


Oxşar xəbərlər