İlhamə Quliyevanın meyidi ekspertizaya aparıldı (YENİLƏNİB)


17:10     25 Fevral 2016 12736219_1062407663800737_1014295788_n.jpg

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az saytı yazıb.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.


*** Bir neçə saat əvvəl dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan “Qafqazinfo”nun əməkdaşları bildirir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.

Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.

Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.

Xalq artistinin meyiti ekspertizaya aparılacaq.

Artıq hadisə yerinə prokurorluq əməkdaşları da gəlib.


Femida.az

Açar sözlər:

Oxunub: 2709