Məscidlərdə Xocalı qurbanları anılacaq


18:46     25 Fevral 2016 Tezepir_Mosque_301009_4.jpg


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə fevralın 26-da paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.


QMİ-dən Femida.az -a verilən məlumata görə, A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.

Açar sözlər:

Oxunub: 1123