İran Qarabağdakı Xüdafərin korpüsünü təmir edəcək


21:18     25 Fevral 2016 xudaferin1.jpg

“İran Xudafərin körpüsünü və digər tarixi abidələri təmir edəcək”.

Femida.az -ın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, təmir işləri Xudafərin və Qız qalası su bəndlərinin tikintisi ilə bağlı Azərbaycanla İran arasında imzalanmış sənəddə öz əksini tapıb: “Bu baxımdan bu sazişin tarixi və siyasi əhəmiyyəti var. Belə ki, bu tarixi abidələrin hər iki ölkənin tarixi və mədəni irsi kimi qorunması kimi nəzərdə tutulur”.

Açar sözlər:

Oxunub: 3105