Apelyasiya Şurasının ilk iclası keçirildi


21:50     25 Fevral 2016 1456405855.jpg


Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurasının ilk iclası keçirilib.


Femida.az xəbər verir ki, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib.

İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə Nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.

Açar sözlər:

Oxunub: 960