Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət
00:14 26 Fevral 2016
İsveç-Azərbaycan Federasiyası Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Avropa Parlamentinə, İsveç parlamentinə və İsveçin xarici işlər naziri Marqot Valströmə müraciət göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq, hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub.
Müraciətdə, həmçinin ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: “Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımları pisləyir və qəbuledilməz sayır. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasına əsasən Ermənistan hökuməti beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər”.
Hazırda hakimiyyətdə olan Serj Sarkisyan, Seyran Ohanyan, eləcə də Robert Koçaryan və digər şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb.
Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalı soyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.
Oxunub: 1217
Oxşar xəbərlər
- Xocalıda başlayan ömür - Ramil Usubovun doğum günüdür (FOTOLAR)
- Xocalı qadınları CNN-in aparıcısına məktub yazdı - FOTO
- Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək
- Xocalı sakini ABŞ Konqresində erməni vəhşiliyindən danışdı
- Xocalı ilə bağlı Avstraliya XİN-ə - Müraciət
- Xocalı təqaüdü təsis olunsun - Deputatdan təklif
- Xocalı ilə bağlı yürüş - Bu marşurut yolunu dəyişir
- Xocalıda sona qədər döyüşən icra başçısı: `Anamı, nənəmi itirdim` (MÜSAHİBƏ)
- Xocalı qurbanları mərkəzdə anıldı - FOTOLAR
- Xocalı ilə bağlı yürüş - Bu yollar bağlanacaq