“Ərdoğan əsrin Sultan Səlimidir“- DEPUTAT


01:17     26 Fevral 2016 recep-tayyip-erdogan2.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əsrin Yavuz Sultan Səlimidir. Onun qiymətini bilin.



Femida.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbuldan seçilən millət vəkili Mətin Külünk partiyanın Zonguldakda baş tutan toplantısı zamanı deyib.

O bildirib ki, Türkiyə tez bir zamanda prezident idarəetmə sisteminə keçməlidir:

“Türkiyə bu ikibaşlı sistemlə irəliləyə bilməz. Parlament idarəetmə üsulu ilə nəticə əldə etmək olmaz. Türkiyənin təyyarə və gəmi istehsalına, zəngin ölkə olmasına maneə olmaq istəyirlər. Çünki Türkiyə hər zaman güclü idarəetmə sistemləri ilə sıçrayış əldə edib. Nümunə kimi Alparslanı, Sultan Fateh Məhməti, Sultan Süleyman Qanunini, İkinci Muradı və Osmanı qeyd edə bilərik. Rəcəb Tayyib Ərdoğan da bu əsrin Yavuz Sultan Səlimidir. Onun qiymətini yaxşı bilin. Çox açıq deyirəm. Onu anlamaq əsri anlamaqdır. Türkiyəni onsuz qoymaq istəyirlər. Türkiyəni Ərdoğansız görmək istəmələrinin bir səbəbi var: Türkiyəni aşağılamaq. Hər zaman Ərdoğan gəlməz”.

Açar sözlər:

Oxunub: 5220