Ceyms Uorlik Xocalını yad edəcək


03:25     26 Fevral 2016 1445846540_15.jpg


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq.

Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin qurbanlarını yad etmək istədiyini bildirib: "Biz ümid edirik ki, münaqişənin hazırda da artmaqda davam edən qurbanları, xüsusən də, onlar arasında günahsız insanların olması, prezidentlərin diqqətini münaqişənin sülh yolu ilə həllinin zərurətinə yönəltməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi, mən sülhə nail olmaq üçün öz fransalı və rusiyalı həmkarımla və tərəflərlə işləməyə hazıram. Artıq sülh vaxtıdır".

Açar sözlər:

Oxunub: 870