Məhkəmələrin hakim və sədrləri dəyişdi - SƏRƏNCAM


12:51     26 Fevral 2016 ilham-eliyev987.jpg

Prezident İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalalayıb.


Femida.az xəbər verir ki, sərəncamla Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Usaməddin Hidayət oğlu Osmanov Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.

Açar sözlər:

Oxunub: 1675