Məmmədyarov Moldova səfiri ilə görüşdü


00:58     05 İyun 2015 8t76SP2Sh0Ya.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov İ.Bodiuya fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Açar sözlər:

Oxunub: 820