Kürəkənini bıçaqladı


13:38     26 Fevral 2016 cinayet%20bicaq8.jpg

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.


Femida.az APA-ya istinadən bildirir ki, bıçaqlanma hadisəsi Qırxçıraq kəndində qeydə alınıb. Gecə saatlarında Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü Dadaşov Alıkişi Elçin oğlu böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun qaynı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1212