Döyülən müəllimə ilə bağlı - Təhsil Nazirliyindən açıqlama


14:12     26 Fevral 2016 trend_tehsil_nazirliyi_education_ministre_300615_34.jpg

Təhsil Nazirliyi 189-190 nömrəli tam orta məktəbdə baş vermiş insidentə aydınlıq gətirib.


Femida.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, dünən bəzi saytlarda yayılmış 189-190 nömrəli tam orta məktəbdə valideyn-müəllim insidenti barədə xəbərlər yalnışdır.

Belə ki, həmin məktəbdə İbadova Yelena Murad qızı adlı müəllim fəaliyyət göstərmir.

Nazirlikdən onu da bildiriblər ki, məktəbdə müəllimlər və valideynlər arasında heç bir münaqişə baş verməyib.

Açar sözlər:

Oxunub: 1314