İpoteka kreditlərinin məbləği artırılır


15:01     26 Fevral 2016 elman%20r.jpg

Azərbaycan İpoteka Fondu ASC üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir.


Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib: "Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".

E.Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığını da əlavə edib.

O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq:

"Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir"

Femida.az

Açar sözlər:

Oxunub: 1346