Putin ermənini komissiya sədri təyin etdi


02:13     05 İyun 2015 96374.jpg

Rusiya prezidenti Vladimir Putin Ara Abramyanı Rusiya Federasiya prezidenti yanında milli dövlət siyasətinə informasiya dəstəyi məsələləri üzrə Komissiyanın sədri təyin edib.

Femida.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Komissiya əsasən millətlərarası münasibətlər sahəsində milli dövlət siyasətinin effektivliyinin artırılmasına, ölkə ərazisində millətlərarası dialoqun inkişafına və möhkəmlənməsinə və s. xidmət edəcək.

Xəbərə görə, Ara Abramyan Rusiya Erməniləri İttifaqının başçısıdır.

Açar sözlər:

Oxunub: 814