Şabranda qəza: ölən var


05:12     05 İyun 2015 publika.az1397292007qeza.jpg

Şabranda yol qəzası baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, rayonun Ağalıq kəndində (rayon mərkəzindən 18 km aralı) 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:10-da başa çatıb.

Açar sözlər:

Oxunub: 748