PKK yenə hücum etdi: ölən və yaralananlar var


16:49     28 Fevral 2016 pkk0.jpg

Türkiyənin Mardin vilayətinin Nüsaybin rayonunda PKK terrorçuları polis avtomobilinə hücum edib.


Yola quraşdırılan bombanın partlaması nəticəsində 1 polis zabiti həlak olub, 2 nəfər isə yaralanıb.

Digər tərəfdən rayonun başqa bir bölgəsində PKK terrorçuları təhlükəsizlik qüvvələrini qumbaraatanlardan atəşə tutub. Qarşıdurmada 3 polis zabiti yaralanıb.

Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb./axar.az/

Femida.az

Açar sözlər:

Oxunub: 1069