İndoneziya 5 balla silkələndi


19:00     28 Fevral 2016 zelzele.jpeg

Bu gün səhər saatlarında İndoneziya sahillərində 5 bal gücündə zəlzələ baş verib.


Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Kefamenanu şəhərindən 63 kilometr şimal-qərbdə, ocağı isə 99 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə xəbər verilmir. Sunami təhlükəsi elan edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 820