35 İŞİD terrorçusu məhv edilib


19:34     28 Fevral 2016 terr7.jpg

Suriya ordusu Həma əyalətində 35 İŞİD terrorçusunu məhv edib.


Femida.az xəbər veerir ki, ekstremistlər Suriya ordusunun Salamiyə şəhərindəki mövqelərinə hücum etmək istəyiblər. Hərbçilər, həmçinin terrorçulara məxsus pulemyotla təchiz edilmiş dörd yolsuzluq maşınını, buldozeri və artilleriya silahlarını zərərsizləşdiriblər.

Fevralın 27-dən etibarən Suriyada atəşkəs rejimi elan olunub. Bu, İŞİD, "Nüsra cəbhəsi" və BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınan digər qruplaşmalara şamil edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1255