Polis avtomobili qəza törətdi: ölən var


21:35     28 Fevral 2016 d7dcecef57ae01676bb253ac922ddf0c(1).jpg

İstanbulda polisin qaçırılmış avtomobili təqib etməsi ağır qəzaya səbəb olub.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Kadıköy adlanan hissəsindəki Çeçen məhəlləsində polisin qaçırılmasından şübhələndiyi avtomobili təqib etməsi qəza ilə nəticələnib. Belə ki, gecə saat 05 radələrində polis şübhəli maşını saxlamağa cəhd göstərib. Lakin sürücü buna əhəmiyyət vermədən sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər davam edən təqibdn sonra polis avtomobili ilə oğurlanmış maşın qarşı-qarşıya gəlib və toqquşub.

Nəticədə avtomobili qaçıran şəxs hadisə yerində ölüb, 2 polis isə yaralanıb.

İlkin araşdırma zamanı avtomobilin bir qadına məxsus olduğu və həqiqətən qaçırıldığı məlum olub.

Açar sözlər:

Oxunub: 1240