Ərdoğanın çıxışı davaya səbəb olub - VİDEO


03:11     29 Fevral 2016 erdogan10.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib. Prezidentin bu sözləri parlamentdə davaya səbəb olub.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.

Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib. Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib.

CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.



Femida.az

Açar sözlər:

Oxunub: 2908