“Sən ora qarnını otarmağa getməmisən” - Siyavuş Novruzov


16:36     05 İyun 2015 04Hxi61esakn2.jpg

“Gərək Xarici İşlər Nazirliyi gərək öz strukturunda islahatlar aparsın. Yunanıstanda hər bir səfir ildə bir dəfə ölkəyə qayıtmalı, müəyyən dövr ərzində orda ailəsi ilə birgə yaşamalıdır, regionlara çıxmalıdır, sonra gedib ölkəni təmsil edə bilər. Bu Arif Məmmədov 20 ildir rahat şəraitdə oturub orda. Azərbaycanda hansı proseslər baş verir, nələr yaradılır, nələr qurulur, xəbəri yoxdur”.

Bunu YAP-çı deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycanın bütün bu fəaliyyətini başa düşməyən insanlar var, biri də o Arif Məmmədovdur: “Başa düşürəm, onun daşıdığı rütbə o ranqa uyğun deyil. İkinci bir tərəfdən, Avropa Birliyində, yaxud Avropa Şurasında təmsil olunan vaxt Azərbaycana qarşı qəbul olunan qərarların fundamentində elə bu özü dayanıb.

Geri çağırılan digər diplomatlar haqda nəsə deyə bilmərəm, bu, prezidentin səlahiyyətində olan məsələdir. Sadəcə olaraq, bu adam (Arif Məmmədov) yazır ki, mən 3 gün Azərbaycanda yaşaya bilmədim, qocaldım, Azərbaycan yeməklərini yeyə bilmirəm, istirahət mərkəzlərində oluram, dadlı yeməklər yeyirəm. Yəni diplomata yaraşmayan, diplomata uyğun olmayan fikirlərdir. Əgər 20 illik diplomat stajı varsa və bu düşüncə tərzi ilə danışırsa, ona Azərbaycanla bağlı adam demək olmaz”.

S. Novruzov A. Məmmədov haqda səsləndidiyi “ermənidir” ittihamına da aydınlıq gətirib: “Normal azərbaycanlı belə ifadə işlədə bilməz. 20 il Azərbaycandan normal əmək haqqı almısan, Azərbaycanın hesabına yaşamısan, mənzil-məişət şəraitin Azərbaycanın pulu hesabına ödənilib, uşaqların təhsil haqqı, özünün bütün səfərlərin Azərbaycan pulu, əmək haqqın vətəndaşlarımızın verdiyi vergilər hesabına ödənilib. Biz səni ora göndərmişik ki, Azərbaycanın maraqlarını təmsil elə, qarnını otarmağa, qarnını doldurmağa getməmisən. Qaçqınlar, Azərbaycanın problemləri, maraqları haqqında danışmalısan. Sən Azərbaycanın nümayəndəsisən, danışmalısan. Qarından danışmaq lazım deyil. Bunun düşüncə tərzi, dostlarına yazdığı məktublar ancaq qarnı ilə ölçülür. Neçə il işləməsinə baxmayaraq, görünür ki, ya o, diplomat deyil, ya da başqa millətin nümayəndəsidir. Burda başqa variant yoxdur.

Təbii ki, bu meyarlara uyğun gəlməyən digər diplomatlar da var. Amma xüsusi rentgen aparatı yoxdur ki, bunların hamısını yoxlayasan ki, qarnında, qanında, zatında, kökündə nələr var. Hər bir bu cür yanaşma tərzi olan və üzə çıxan insanlar da cəzasını almalıdır”.

Açar sözlər:

Oxunub: 1047