“İslam Ordusu” təlimlərə başladı, 200 min əsgərlə


16:24     29 Fevral 2016 1453150160.jpg

20 ölkənin üzvü olduğu "İslam Ordusu" 200 min əsgərlə “Kuzey Fırtınası” adı ilə təlimlərə başlayıb. Bu birlikdə Türk Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edir.


Femida.az Türkiyə mətbuatına istinadən bildirir ki, təlimlər Səudiyyə Ərəbistanının şimalında Hafar el Baten bölgəsində keçirilir. Təlimlər əsasən terrorla mübarizəyə yönəldilib.

Bu prosesə 200 min əsgərin, 100 qırıcı təyyarənin və yüzlərlə hərbi texnikanın qatıldığını nəzərə alıb onu Orta Asiyadakı ən böyük hərbi təlim kimi qiymətləndirilər. Ekspertlərin fikrincə bu eyni zamanda İrana və Suriyadakı rejimi dəstəkləyən ölkələrə bir mesaj kimi də dəyərləndirilə bilər.

Açar sözlər:

Oxunub: 12378