Televiziya rəhbərini döyənlər niyə tapılmır?


17:20     05 İyun 2015 11354396_1140998522592973_1348751995_o8.jpg

Hadisədən 10 gün keçməsinə baxmayaraq günahkar hələ də tapılmayıb


Femida.az GünAz TV Bakı studiyasının rəhbəri Araz Obalının (Əlirza Yusifi) evinə şübhəli basqın olması və Araz Obalını döyərək təxminən 5000 manat pul, mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşməyən bir çox qiymətli əşyalar aparılması barədə xəbər vermişdi. Hadisə 28 may 2015- ci il tarixdə baş verməsinə baxmayaraq günahkarlar bu gün hələ də tapılmayıb. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Yasamal rayonu 29-cu polis bölməsi ilə əlaqə saxladıq.

Bölmədən bildirdilər ki, hadisə ilə bağlı hələ də saxlanılan yoxdur.
Axtarışlar davam edir.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 966