Moskvada dəhşət: kəsilmiş uşaq başı ilə... - Video


20:57     29 Fevral 2016 MOSKVADAKI%20DEHSET.jpg

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əlində kəsilmiş uşaq başı tutan qadın Moskva metrosunda saxlanılıb.

Qara geyimli qadın əlində uşaq başı tutaraq “Allahu Əkbər” deyə qışqırıb. Həmçinin polisləri özünü partladacağı ilə hədələdiyib.

Polislər metronun giriş-çıxışını bağlayıblar. Məlum olub ki, həmin qadın dörd yaşlı qızın ölümündə şübhəli bilinən dayədir. 38 yaşlı qadın Özbəkistan vətəndaşıdır.

Dayə uşağın başını kəsəndən sonra evi yandırıb. Yanğınsöndürənlər alovu dəf etdikdən sonra hadisə yerindən başı kəsilmiş 3-4 yaşlı qızın meyiti tapılıb. İlkin məlumata görə, uşaq öldürüldükdən sonra həmin şəxs bilərəkdən mənzilə od vurub.



Femida.az

Açar sözlər:

Oxunub: 1542