Baş həkim barəsində cinayət işi açıldı
21:17 29 Fevral 2016
Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1521
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı