Ana 10 aylıq körpəsini boğaraq öldürüb-DƏHŞƏT


17:40     05 İyun 2015 1361786319_tel.jpg

“Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”

Femida.az bildirir ki, dünən axşam Bakının Sabunçu rayonunda ikinci Albalı bağ massivi 515-ci bağ evində qətl hadisəsi baş verib.

1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanov iki körpəsini boğaraq öldürüb. Bundan sonra məktub yazaraq özünü də öldürməyə cəhd edib. Hadisə yerinə gedən polis əməkdaşları qadını qan içində tapıblar. Qadın xəstəxanaya çatdırılsa, da o 3 yaşlı Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Özünü ürəyindən bıçaqlayan qadın məktuba bu sözləri yazıb:“Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”

Hazırda qadının vəziyyəti ağırdır. Onun əsəb xəstəsi olduğu ehtimal olunur.

Alilə başçısı Asif Qurbanov isə baş verən hadisənin şokundadır. Onun dediklərinə görə, işi ilə əlaqədar olaraq həftənin müəyyən günləri evdə olmurmuş. Bu səbəbdən , həyat yoldaşı Nəsibə Qurbanova onu qısqanır, hər dəfə də, ona zəng vururmuş. Asif Məlikzadə ailələrində bundan başqa heç bir problem olmadığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1065