Şimali Koreyada amerikalı tələbə həbs olundu


03:17     01 Mart 2016 hebs71.jpg

Şimali Koreyada həbs olunan amerikalı universitet tələbəsi Pxenyan otelindən siyasi banneri oğurlamağa cəhd etdiyini etiraf edib.



Femida.az -ın "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Virciniya Universitetinin 21 yaşlı tələbəsi Otto Uarmbier müxbirlərə bildirib ki, o, elanı oteldə sadəcə işçilərin girişinə icazə verilən yerdən çıxarıb.
Uarmbier Birləşmiş Ştatların yardımı ilə Şimali Koreyaya qarşı düşmən xarakterli əməl törətməkdə ittiham olunur.
Pxenyan Uarmbierin üzləşəcəyi cəza ilə bağlı heç bir məlumat verməyib.
Şimali Koreya tez-tez amerikalılar və digər xarici vətəndaşları qondarma ittihamlarla həbs edir. Həbs olunanlar adətən xarici jurnalistlər önünə çıxardılaraq, diktator rejiminə qarşı cinayət əməlləri etdiklərini etiraf edirlər.
Təhlilçilər deyir ki, Pxenyan məhbuslardan Qərblə bazarlıq aləti kimi istifadə edir.

Açar sözlər:

Oxunub: 1009