Sərxoş gənci qətlə yetirənə cəza- 10 il iş


20:05     05 İyun 2015 96407.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sərxoş gənci öldürən kişiyə hökm oxunub.


Femida.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda 1981-ci il təvəllüdlü Nurlan Ağayevi bıçaqlayıb öldürən 1959-cu il təvəllüdlü Bərxudar Yusifov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin dekabrın 19-u axşam saatlarında Binəqədi qəsəbəsində, “Gəncə” kafesinin qarşısında baş verib.

Aralarında yaranan mübahisə zamanı Bərxudar Yusifov qəsəbə sakini Nurlan Ağayevin boyun nahiyəsinə bıçaqla xəsarətlər yetirərək, onu ağır yaralayıb. Sonuncu 6 saylı şəhər xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib.

B.Yusifov dindirilmə zamanı Nurlan Ağayevlə qonşuluqda yaşadığını bildirib. Onun sözlərinə görə, həmin axşam kafedə olarkən özündən 22 il kiçik olan Ağayev ona heç bir səbəb olmadan “ilişməyə” başlayıb, Bərxudar isə onu özündən uzaqlaşdırmağa çalışıb, ona görə ki, Nurlan bərk sərxoş olub. Yusifovdan onun üçün araq almasını istəyən Ağayev axırda ona qarşı ağır söyüşlər söyüb, həmin ifadələrə dözməyən Bərxudar Nurlandan çölə çıxmasını tələb edib və küçədə, kafedən götürdüyü bıçaqla ona zərbələr endirib.

Femida.az

Açar sözlər:

Oxunub: 858