Səyyar “ASAN xidmət” Saatlıda


20:35     01 Mart 2016 12419116_1001361383234885_2467263451444568762_o.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada bölgələrdə əhaliyə xidmət göstərməkdə davam edir.


Femida.az xəbər verir ki, “ASAN xidmət” mərkəzinin xüsusi avtobusları fevralın 23-dən Saatlıya gələrək, rayon sakinlərinə 5 dövlət orqanına aid hüquqi və yardımçı xidmətlər göstərir.

Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

Sakinlər daha çox şəxsiyyət vəsiqələrinin və ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların alınması, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edirlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Xidmətin əməkdaşları martın 3-dək Saatlıda olacaq.

Açar sözlər:

Oxunub: 911