Hüquq müdafiəçisi təyziqə məruz qaldı


20:19     05 İyun 2015 11174447_348117128718145_6619215271830554986_o0.jpg

“Yazdığınız təhqirlərə fikir vermək həvəsim yoxdu”-
Sahib Məmmədov


Hüquq müdafiəçisi Sahib Məmmədov öz facebook səhifəsində siyasi mühacir biznesi və iştirakşıları haqqında yazdığı yazılardan sonra təyziqlərə məruz qaldığını bildirib.
Hüquq müdafiəçisi hətta təhqirlərə məruz qaldığını qeyd edib:
“Siyasi mühacir biznesi ilə bağlı uzun müddətddir yazdıqlarım axır ki, nəticə verib. İndi bu mövzu aktuallaşıb. Əvəzində mənə qarşı bu biznesdən gəlir əldə edənlərin hücumları başlayıb. Gözlənilən idi. Mənim isə onların yazdıqları təhqirlərə fikir vermək həvəsim yoxdur. Adları hallanan siyasi partiyalar, onların funksionerləri, insan hüquqları müdafiə edən təşkilatlar, hərəkatlar filanlar əgər siz doğrudan da bu biznesdə yoxsunuzsa onda mən yolunu yazdım. Avropa ölkələrinin miqrasiya işləri ilə məşğul olan qurumlarına beş sətrdən ibarət məktub yollamaq. Yazın ki, biz heç kimə arayış vermirik, bizim heç bir üzvümüz təqibə görə heç yerə getməyib. Bunu etmirsiz. Baxmayaraq ki, sizlərə bu çoxdan tövsiyyə olunub. Onda susun. Deməli bu işdə əliniz var. Transmilli siyasi mühacir biznesinin iştirakçısısız.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 950