Suriya danışıqları nə vaxt keçiriləcək?


01:06     02 Mart 2016 suriya%20dani.jpg

Suriya üzrə danışıqların növbəti raundu martın 9-da Cenevrədə keçiriləcək.


Femida.az Röyter-ə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.

Onun sözlərinə görə, danışıqların iki gün təxirə salınması texniki səbəblərdən və Suriyada atəşkəs rejiminin möhkəmləndirilməsinin zəruriliyindən irəli gəlir.

Xatırladaq ki, daha öncə sülh danışıqlarının martın 7-də bərpa ediləcəyi bildirilirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 958