Tanınmış futbolçu ölümlə hədələndi


01:35     02 Mart 2016 borre.jpg

“Atletiko”nun hücumçusu Rafael Santos Borre ölümlə təhdid olunur.


Femida.az xəbər verir ki, icarə əsasında Kolumbiyanın “Deportivo Kali” klubunda çıxış edən futbolçu azarkeş tərəfindən təhdid edilir.

Onun “Amerika Kali”nin “Qırmızı Baron” ləqəbli fanatı tərəfindən hədələndiyi deyilir.

Borre fevralın 24-də ondan məktub alıb. Hazırda Kolumbiya polisi məsələni araşdırır. Yaxın günlərdə tərəflərin məsələylə bağlı dindiriləcəyi gözlənilir.

Borre “Atletiko”ya 2015-ci ilin yayında keçib və 6 illik müqavilə bağlayıb. Bundan sonra o, icarə əsasında “Deportivo Kali”də çıxış edir.

Femida.az

Açar sözlər:

Oxunub: 605