Rusiyanın Suriyadakı əməliyyatları - 390 ölü


01:54     02 Mart 2016 suriya%20emeliyyat.jpg

Rusiyanın fevral ayı ərzində Suriyada təşkil etdiyi hava hücumları nəticəsində 53-ü qadın, 103-ü uşaq olmaqla 390 nəfər həyatını itirib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Hələb və ona yaxın ətraf çöllərdə rejim müxalifətçilərinin nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatlar həyata keçirən zaman ümumilikdə 390 nəfər vətəndaş həlak olub.

Suriya Ədadət İnstitutu tərəfindən verilən məlumata görə, Rusiya hərbi təyyarələri xüsusilə yaşayış məskənlərini hədəf olaraq seçir.

Eyni zamanda həlak olanlar arasında 1 jurnalist, 2 səhiyyə işçisi və 6 humanitar yardım işçisinin də olduğu bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 906