Oğlan saçlarını xərçəng xəstəliyi olanlar üçün uzatdı - FOTOLAR


21:00     05 İyun 2015 preview-650x390-650-1433419489.jpg

2 il bundan əvvəl 6 yaşlı Kristian Makmilami öz saçlarını uzatmaq fikrinə düşüb. Onu məktəbdə ələ salır, uzun saçlarına görə qız ilə səhv salırdılar. Amma bu onun fikrini dəyişdirə bilmədi. Çünki qarşısına məqsəd qoymuşdu – saçını 25 sm uzadaraq xərçəng xəstəliyindən müalicə keçən uşaqlar üçün parik düzəltməyə verəcəkdi.

Kristian saçlarını onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə edildiyi hospital haqqında reklam çarxını gördükdən sonra uzatmaq fikrinə düşür.



2,5 il o yaşıdlarının gülüş hədəfi oldu, amma hədəfindən dönmədi.



Bəzi böyüklər də ona saçlarını kəsməyi məsləhət görürdülər.



Amma çoxları bunu nə üçün etdiyini bildikdən sonra ondan üzr istədilər.



2 il yarımdan sonra valideynləri dörd 25 sm uzunluqda saç lüləsi kəsdilər və onları xərçəng xəstəliyi olan uşaqlara yardım mərkəzinə verdilər.



Bu uşağın çox böyük və mehriban ürəyi var və o, bizim hamımız üçün nümunədir.


Açar sözlər:

Oxunub: 864