İdmançılarımız ilkə imza atıb (FOTO)


00:11     06 İyun 2015 2%20ELIL%20-%20Copy.jpg

Azərbaycanın oturaq voleybol üzrə milli komandası Bosniyada keçirilən turniri uğurla başa vuraraq dünən vətənə qayıdıb.

Bu barədə Femida.Az-a Oturaq Voleybol üzrə Milli Paralimpiya komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Millisi Hollandiya yığmasını 2-0, ABŞ yığmasını 2-1 , Xorvatiya yığmasını 2-0 hesabı ilə məğlub etmiş və Rusiya yığmasına 2-0 hesabı ilə məğlub olmuşdur.

Qeyd edək ki, turnirdə 10 komanda iştirak etmişdir.

Onu da bildirək ki, millinin oyunçuları vaxtilə Qarabağ uğrunda döyüşlərdə əlil olmuş şəxslərdir.

Açar sözlər:

Oxunub: 1037