Neftimiz yenidən bahalaşdı


13:46     03 Mart 2016 neftttt39.jpg

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,80 dollar, yaxud 2,18% bahalaşıb.


Femida.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,58 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1875