Dollar və avro bahalaşdı - MƏZƏNNƏ


13:54     03 Mart 2016 euro_dollar9.jpg

Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi martın 2-si ilə müqayisədə bir qədər də artaraq 1,5843 AZN olub.


Femida.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar bu gün 0,0079 manat baha satılacaq. Belə ki, martın 2-də dolların məzənnəsi 1,5764 manat idi.

Avro manata nisbətdə bu gün də bir qədər möhkəmlənib. Belə ki, bu gün avro 1,7204 manatdan satılacaq.

Qeyd edək ki, martın 2-də avro 1,7117 manatdan satılıb.

Açar sözlər:

Oxunub: 702