Hansı otellər mediada “fərqlənib”?


16:44     03 Mart 2016 baki25.jpg

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.


Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi otellərlə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2016-cı ili fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli 1233 xəbər yerləşdirilib. Fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli xəbərlərdən 21-i mənfi,1212-si isə neytral xəbərdir.

Mənfi xəbərlər arasında lider Emerald Hotel Baku (21 xəbər - Emerald Hotel Çovdarovun şantaj məkanı).

Xəbər sayına görə sıralama:

1. Four Seasons Baku 177 xəbər
2. Hilton Baku 150 xəbər
3. Excelsior Hotel & Spa Baku 147 xəbər
4. Hyatt 114 xəbər
5. Fairmont Baku 68 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 71 xəbər dərc edilib.

Mənfi və müsbət xəbər olmayıb.

Xəbər sayına görə sıralama:


1. Hilton Baku 12 xəbər
2. Kempinski Hotel Badamdar 7 xəbər
3. JW Marriot Hotel Absheron Baku 6 xəbər
4. Excelsior Hotel & Spa Baku 5 xəbər
5. Park Inn Hotel Baku 4 xəbər


Fevral ayında televiziya kanallarında bu sektorla əlaqəli xəbər göstərilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1087