Nizami Qocayev niyə vəzifəsindən azad edildi? - AÇIQLAMA


17:38     03 Mart 2016 nizami5.jpg

Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevin yeni vəzifəyə təyin edilməsinə münasibət bildirib.


Femida.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında polis polkovniki Nizami Qocayevin uzun müddət DİN sistemində rəhbər vəzifələrdə çalışdığını, hər zaman dövlətçiliyə, xidməti anda sədaqəti ilə seçilən peşəkar polis zabitlərindən biri olduğunu vurğulayıb: "Bəzi kütləvi informasiya vasitələrində polis polkovniki Nizami Qocayevin tutduğu vəzifədən kənarlaşdırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Sadəcə, bundan sonrakı xidmətini ədliyyə orqanlarında davam etdirmək arzusu nəzərə alınıb və o, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu orqanın İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi vəzifəsinə təyin olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 1444