İTV-nin regional büroları bağlanıb? - AÇIQLAMA


18:43     03 Mart 2016 itv%20regional.jpg

Bir sıra internet portallarında İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması barədə məlumat yayılıb.


İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi regional büroların bağlanması ilə bağlı yayılan məlumatları təkzib edən açıqlama yayıb.

Açıqlamada deyilir: "İctimai Televiziyanın (İTV) ölkə xaricində və Azərbaycanın regionlarındakı müxbir məntəqələri fəaliyyətlərini davam etdirir və onların bağlanmasına dair yayılmıs xəbər yalandır, həqiqətə uyğun deyil".

Femida.az

Açar sözlər:

Oxunub: 902