19 yaşlı qız bu əməlinə görə şallaqlandı - FOTO


18:50     03 Mart 2016 qadin%20s9.jpg

İndoneziyada Şəriət məhkəməsi 19 yaşlı qızın şallqlanması barədə qərar qəbul edib. Səbəb isə həmin qızın bir oğlanla tanış olmasıdır.


Femida.az-ın Asia times-a istinadən xəbərinə görə, hadisə İndoneziyanın Sumatra vilayətində, Band-Açex şəhərində vilayətində yaşanıb.

Məhkəmənin qərarında deyilir ki, 19 yaşlı qız küçədə 21 yaşlı gənc oğlanla tanış olub və bununla da haram əməl törədib. Həmin qızla yanaşı daha 17 nəfər qıza şallaq cəzası verilib.

Həmin şəxslərə də şallaq vurulub. Açexdəki separatizm təmayüllərini zəiflətmək üçün rəsmi Cakarta 2001-ci ildə bu vilayətin Şəriət qaydaları ilə idarə olunmasına razılaşmışdı.

Qeyd edək ki, İndoneziya əhalisinin 90 faizi müsəlmandır. Sumatra vilayəti isə Şəriət qaydaları ilə idarə olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 1927