“Atabank”-a yeni sədr təyin edildi


21:08     03 Mart 2016 20151008_Atabank%20-%20Logo_slogan_1200x800.jpg

AtaBank-ın rəhbərliyində ciddi kadr dəyişikliyi olub.


Bankdan verilən məlumata görə, Müşahidə Şurasının 26.02.2016-cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən, Quliyev Dəyanət Namiq oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda E.Babaşlı bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.

D.Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışıb. O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlayıb, daha sonra İdarə Heyətinin sədri olub. 2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilib.

Açar sözlər:

Oxunub: 1008


Oxşar xəbərlər