İlham Əliyevdən İsveç Kralına məktub


00:29     06 İyun 2015 ikmh742_0.jpg

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.

Femida.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram".

Açar sözlər:

Oxunub: 817