Publik hüquqi şəxs kimdir? – ŞƏRH


14:40     04 Mart 2016 huquqi%20sexs.jpg


Sığorta bazarı üzrə ekspert Mustafa Abbasbəyli ölkədə yeni yaradılmış Publik hüquqi şəxslərin nə anlama gəldiyini və hansı formada fəaliyyət göstərəcəyi ilə bağlı şərh verib.

Ekspertin sözlərinə görə, həm dövlət, həm də bələdiyyə orqanları tərəfindən yaradıla bilər:

“Publik hüquqi şəxs Dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır”.

Mustafa Abbasbəyli bildirdi ki, bu sistem bəzi MDB ölkələrində mövcuddur:

“Publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada yaranıb. Daha sonra bir çox Avropa ölkələrində tətbiq olunub və XX əsrin əvvəlində Almaniya mülki məcəlləsində öz əksini tapıb. MDB ölkələri arasında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub”.

Ekspert sonda bildirdi ki, həm pullu xidmətlər göstərərək özü, həm də büdcədən maliyyələşə bilər:

“Publik hüquqi şəxsin ferqli cehetleri ondadır ki, Publik hüquqi şəxslər müflis ola bilməz, onlara qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat qaydasında qaldırılır. Bundan əlavə, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşə bilər. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2743