Rusiya Azərbaycana neft hasilatını “dondurmağı” təklif edir


00:36     05 Mart 2016 neft%20qiymet9.jpg

Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulacağına ümid edir.


Bu barədə TASS məlumat yayıb.

“Ümid edirik ki, OPEK-ə daxil olan ölkələr və olmayan ölkələr, neft ixracatçısı olan – Rusiya, Qazaxıstan, Azərbaycan müvafiq qərarın işlənməsinə qoşulacaqlar”, - Novak bəyan edib.

2016-cı ilin fevral ayının 16-da Dohada görüşün yekunlarına görə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela, əgər digər istehsalçılar da təşəbbüsə qoşularsa, neft hasilatını yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər.

Bu təşəbbüsə qoşulmağa hazr olduğun bildirən ölkələr sırasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. İran və İraq hasilatın dondurulması təşəbbüsünə qoşulmaq vədindən qaçınaraq hələlik “neft bazarında vəziyyətin yaxşılaşdırılmasına dair addımların” dəstəklənməsindən danışır.

Açar sözlər:

Oxunub: 1541