Tovuzda 18 yaşlı oğlan bıçaqlandı


14:35     05 Mart 2016 biçaq.jpg

Tovuzda bıçaqlanma olub.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Tovuz şəhər sakini bel nahiyəsindən bıçaqlanıb.

1998-ci il təvəllüdlü Elnur Əliyev kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır

Açar sözlər:

Oxunub: 869