Mülki polis, döyülən polkovnik - HƏFTƏLİK XRONİKA


14:50     05 Mart 2016 mulki%20polis7.jpg

Femida.az həftənin önə çıxan hüququ-mühafizə xəbərlərini oxucularına təqdim edir.


Vətəndaşlar polisə kömək edəcək - FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.

***

Nardaran əməliyyatı: 32 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib.

***

DİN-dən Nardaran əməliyyatı ilə bağlı AÇIQLAMA



Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

***

Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.

***

Məhkəmə sədri vəzifəsindən azad olundu

İşdən çıxmaq üçün ərizə yazan məhkəmə sədri vəzifəsindən azad edilib.

***

Yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə mindi

Azərbaycanda martın birindən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir.

***

Yol polisi yüksək vəzifəli şəxsi döydü



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər.

***

İki hakimə töhmət verildi – korrupsiyaya görə

Yasamal və Ucar rayon məhkəmələrinin hakimlərinə töhmət verilib. Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, bu barədə Şuranın növbəti iclasında bildirilib.

***

Təhsil sistemində 170 minlik KORRUPSİYA

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

***

Əmək müqaviləsinin ləğvi qadağan edildi

Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərarda qəbul edib.

***

Sürücü-polis davasına rəsmi REAKSİYA

Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən gərgin anlar araşdırılıb və hüquqi qiymət verilib.

***

Daha bir qətl: Əmisini bıçaqladı

Ağdam rayon sakini Fərəcov Cabir Məhəmməd oğlu əmisi Fərəcov Seymur Fərəc oğlunu bıçaqlayaraq qətlə yetirib.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 5929