Bələdiyyə işçilərinə seminar keçirildi


15:18     05 Mart 2016 bilə.jpg

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Biləsuvar şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.


Femida.az xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və rayon dövlət arxivinin məsul əməkdaşlarının da iştirak etdiyi seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyinin bələdiyyələrin inkişafı ilə bağlı keçirdiyi tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə danışıb.

İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, “Vətəndaşların müraciətləri haqqında Qanundan irəli gələn vəzifələr” və “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində məsuliyyəti artıran yeni normaların əhəmiyyəti” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Açar sözlər:

Oxunub: 1103